BAKI, 3 dekabr. TELEQRAF

"BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı ölkəyə 25 mindən çox iştirakçının gələcəyi gözlənilir".

Teleqraf xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini, WUF13-ün Milli kordinatorun müavini Gülşən Rzayeva Türk Dövlətləri Təşkilatının Xəritəçəkmə Qurumları Rəhbərlərinin 2-ci Toplantısında deyib.

O deyib ki, iştirakçılar arasında həm yerli, həm də xarici qonaqların iştirakı proqnozlaşdırılır:

"Regional iştirak baxımından əvvəlki forumlarda ən çox iştirakçının Afrikadan olduğu görülür. Ümumilikdə regional təmsilçilik çox rəngarəngdir və biz ümid edirik ki, bu dəfə də regionumuzun ölkələri forumda aktiv iştirak edəcək".