BAKI, 28 oktyabr. TELEQRAF

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və nəşinin qalıqları tapılan şəhid Mübariz Ağahüseyn oğlu Şahmurovun dəfn edilib.

Teleqraf xəbər verir ki, onun nəşi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfndə şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Bu gün Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və nəşinin qalıqları tapılan şəhid Mübariz Ağahüseyn oğlu Şahmurovun dəfn mərasimi keçirilir.

Teleqraf xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Onun nəşi torpağa tapşırılmaq üçün Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanına gətirilib.

Xatırladaq ki, Mübariz Şahmurov 1963-cü il iyunun 12-də Sabirabad rayonu, Navdan kəndində anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.