SUMQAYIT, 28 oktyabr. TELEQRAF
Birinci Qarabağ müharibəsi zamanında itkin düşmüş və nəşinin qalıqları tapılan şəhid Lətif Qəribalı oğlu Şahhüseynov dəfn edilib.
Teleqraf xəbər verir ki, onun nəşi Sumqayıt şəhəri, Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfndə şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
***
12:24
Bu gün Birinci Qarabağ müharibəsi zamanında itkin düşmüş və nəşinin qalıqları tapılan şəhid Lətif Qəribalı oğlu Şahhüseynovun dəfn mərasimi keçirilir.
Teleqraf xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Onun nəşi torpağa tapşırılmaq üçün Sumqayıt şəhəri Şəhidlər xiyabanına gətirilib.
Xatırladaq ki, Lətif Şahhüseynov 1969-cu ildə martın 12-də Sumqayıt şəhərində anadan olub. O, 1992-ci il iyunun 28-i Xocavənd rayonu Qırmızı Bazar qəsəbəsində itkin düşüb.