FÜZULİ, 23 oktyabr. TELEQRAF

Beynəlxalq səyahətçilər Füzulidə minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Qarabağa təşkil edilmiş səfər çərçivəsində Füzulidə olan səyahətçilər mina partlayışı prosesini izləyiblər.

***

13:02

Beynəlxalq səyahətçilərin Füzuli rayonuna səfəri başlayıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, səyahətçilər Füzuli rayonun Horadiz qəsəbəsinə gəliblər.

Onlar qəsəbə ərazilərində ANAMA-nın minatəmizləmə işləri ilə tanış olublar.

Daha sonra səyahətçilər aşkar edilən və daşınması mümkün olmayan minanın partlayış üsulu ilə zərərsizləşdirməsi prosesini izləyəcəklər.

Bununla Beynəlxalq səyahətçilərin Qarabağa təşkil edilmiş 2 günlük səfəri başa çatacaq

***

10:55

Beynəlxalq səyahətçilər Şuşada Yuxarı Gövhər Ağa məscidində olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Yuxarı Gövhər Ağa məscidində olub. Məsciddə olan səyahətçilərə məscid haqqında məlumat verilib.

Daha sonra səyahətçilər Füzuli şəhərinə yola düşüblər.

***

10:28

Beynəlxalq səyahətçilər Şuşa şəhərinə səfər çərçivəsində Qala Qapısı ilə tanış olublar.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Şuşa Şəhər Dövlət Qoruğunun əməkdaşı beynəlxalq səyahətçiləri müşaiyət edib.

Xurşudbanu Natəvanın evinin qalıqlarına, Xan Qızı bulağına və Şuşa qalasının Gəncə Qapısına baxış keçirən səyahətçilərə qoruq əməkdaşı ətraflı məlumat verib.

10:04

Beynəlxalq səyahətçilərin Qarabağa təşkil edilmiş növbəti səfəri çərçivəsində Şuşa şəhərinə səfəri başlayıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, ilk olaraq səyahətçilər Şuşa şəhərinin mərkəzində olub.

Onlar ermənilər tərəfindən güllələnmiş Üzeyir Hacıbəylinin, Xurşudbanu Natəvanın və Bülbülün heykəllərinə baxış keçiriblər.