BAKI, 17 oktyabr. TELEQRAF

Oktyabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 36 950 vətəndaş müraciəti daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, müraciətlərin 21 736-sı çağrı mərkəzləri, 6 806-sı elektron, 1 581-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 6 827 müraciət qeydə alınıb.

Qeyd edilib ki, müraciətlər şagirdlərin elektron yerdəyişməsi, xarici diplomların tanınması, əlavə təhsil, “Rəqəmsal məktəb” və digər məsələlərlə bağlı olub.