BAKI, 16 oktyabr. TELEQRAF

Yanvar-sentyabr ayları ərzində cərrahi əməliyyat və prosedurların sayı 278 222 olub.

Teleqraf xəbər verir ki. bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyat və prosedurların sayında 2 % azalma qeydə alınıb.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə artım qeydə alınıb. Müvafiq dövr ərzində 28 914 799 sayda laborator müayinələr aparılıb ki, onların da 4 397 503-ü stasionar, 24 517 296-sı ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 18 % artım qeydə alınıb.

Qeyd edilib ki, TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin ilk 9 ayı ərzində ümumilikdə 18 625 310 müraciət qeydə alınıb. Bunlardan 391 717-si stasionar, 18 233 593-ü ambulator olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 4 % artım qeydə alınıb.