XANKƏNDİ, 26 oktyabr. TELEQRAF

"Artıq bilirsiniz ki, Qırmızı Bazar, Sos və Hadrut qəsəbələrinə ilk köçlər baş tutub, bu proses ilin sonuna qədər davam edəcək. Biz ümid edirik ki, ilin sonuna qədər 1300-1500 ailənin Xocavənd rayonuna köçünü də təmin edəcək və bu proses 2026-cı ildə də davam edəcəkdir".

Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Üçüncü Milli Şəhərsalma Forumunda (NUFA3) jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sözügedən ərazilərdə yaşayış məntəqələrindən başqa digər layihələrin də icrası dövlət proqramında qoyulmuş qrafikə uyğun olaraq aparılır.

"Ümid edirik ki, 2026-cı ilin sonuna kimi dövlət proqramında qoyulmuş bütün hədəflər reallaşdırılacaq".

FOTO: Elnur Muxtar