BAKI, 10 oktyabr. TELEQRAF
"TV NET OTT" Məhdud Məsuliyyətli Cəmiyyətinə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "Start Turan") lisenziyası verilməsi ilə bağlı qərar qəbul edilib.
Teleqraf xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
Bildirilib ki, qərara əsasən peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının verilməsinə görə nəzərdə tutulmuş 1500 (bir min beş yüz) manat məbləğində dövlət rüsumunun "TV NET OTT" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilməsi təmin olunsun. Audiovizual Şura aparatının Hüquq və beynəlxalq əməkdaşlıq, Maliyyə və təminat, Audiovizual yayıma texniki nəzarət və informasiya texnologiyaları şöbələri, həmçinin Kommunikasiya sektoru bu Qərardan irəli gələn məsələlərin həll olunmasını təmin etsin.