BAKI, 7 oktyabr. TELEQRAF
2025-ci ildə fizika üzrə Nobel mükafatını Con Klark, Maykl Devore, Con Martinis alacaqlar.
Teleqraf xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Bildirilib ki, alimlər bu mükafata elektrik dövrəsində makroskopik kvant tunelləşməsi və enerji kəmiyyətləşdirilməsinin kəşf edilməsinə görə layiq görülüblər.