BAKI, 7 oktyabr. TELEQRAF
Şirvanda TƏBİB-in əməkdaşı olan keçmiş həyat yoldaşı Lamiyə Qanbayevanı bıçaqlayan şəxsin durumu ağırdır.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, 1988-ci il təvəllüdlü şəxs (kişi) oktyabrın 7-i saat 08:30 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Sirkə turşusundan zəhərlənmə diaqnozu təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır", - məlumatda bildirib.
Qeyd edək ki, ötən gün keçmiş həyat yoldaşına 11 bıçaq zərbəsi vuran Şirvan sakini, 1986-cı il təvəllüdlü Tural Əlvan oğlu Qanbayev hadisədən sonra sirkə turşusu içib, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.