BAKI, 3 oktyabr. TELEQRAF

İran İslam Respublikasından Azərbaycana idxal edilən sarıkök məhsulunda uyğunsuzluq aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, fiziki şəxs Cümşüd Vəliyevin idxal etdiyi ümumi çəkisi 2 ton olan "Saibaba Agrilink Private Limited" əmtəə nişanlı üyüdülməmiş sarıkök məhsulu partiyasından nümunələr götürülüb.

Müayinələr nəticəsində məhsul partiyasında bakteriya (Bacillus cereus) aşkarlanıb.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.