BAKI, 29 sentyabr. TELEQRAF

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin nəticələri elan olunub.

Bu barədə Teleqraf-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nəticələr şəxsi səhifələrə göndərilib.

20 sentyabr tarixində təşkil olunan prosesin sənəd yoxlanışı mərhələsinə 216 nəfər müəllim dəvət olunub.