BAKI, 24 sentyabr. TELEQRAF

"Azərbaycanda əcnəbi tələbələrin sayı 11 minə çatıb".

Teleqraf xəbər verir ki, bu sözləri jurnalistlər açıqlamasında Bakıda keçirilən Avrasiya Universitetləri Sammitində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.

O vurğulayıb ki, Azərbaycana əcnəbi tələbələr öz maraqları, istəkləri ilə gəlirlər.

"Həmçinin ölkəmizin də təsis etdiyi müəyyən qrantlar var. Tələbələr Azərbaycan hökuməti hesabına aparıcı universitetlərimizdə təhsil almaq hüququ əldə ediblər", - Ü.Səttarova qeyd edib.