BAKI, 22 sentyabr. TELEQRAF

Ermənistan tərəfindən torpaqlarımızın işğalı nəticəsində minlərlə insan həlak olmuş, iqtisadiyyata, ətraf mühitə, tarix və mədəniyyət abidələrinə külli miqdarda ziyan vurulub.

Teleqraf xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev "Suverenliyin keşiyində : Konstitusiyada Prokurorluğun statusu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, bu faktlar istintaqı aparılmış və hazırda məhkəmə baxışında olan erməni əsilli şəxslərin təqsirləndirilməsinə dair cinayət işində də görünür.