BAKI, 18 sentyabr. TELEQRAF
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3614 nəfər cəlb edilib, həmin şəxslərdən 3499 kişi, 115 qadın olub.
Teleqraf xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası məlumat yayıb.
Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 67 nəfəri xarici ölkə vətəndaşından ümumilikdə 900 kq 251,475 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə və 271,772 qr çətənə bitkisi götürülüb.