BAKI, 18 sentyabr. TELEQRAF

2024-cü illə müqayisədə hazırda qəsdən adam öldürmə cinayətlərində artım müşahidə olunmur.

Teleqraf xəbər verir ki, bunu Baş Prokurorluğun istintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov bildirib.

O qeyd edib ki, müəyyən aylarda, xüsusən şəxsi münasibətlər zəminində qəsdən adam öldürmə halları baş verir:

“Qəsdən adam öldürmədə ədavət və düşmənçilik əsas səbəblərdən sayılır. Bu kimi cinayətlərin çoxu məişət zəminində baş verir. Oğurluq, tamah niyyətləri ilə qəsdən adam öldürməyə nadir hallarda rast gəlinir”.