BAKI, 18 sentyabr. TELEQRAF
Avqust ayı ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində cərrahi əməliyyat və prosedurların sayı isə 31 002 olub. Onlardan 28 690 stasionar, 2 312 ambulatordur.
Bu barədə Teleqraf-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ötən ay ümumilikdə quruma 1956902 müraciət qeydə alınıb.
"Avqust ayında göstərilən xidmət sayında ötən ilin eyni dövrü ilə müqayisədə 3 % artım müşahidə olunub. Belə ki, ay ərzində 7 917 064 tibbi xidmət göstərilib. Onlardan 960 871-i stasionar, 6 956 193-ü ambulator olub.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Ay ərzində 3 239 481 sayda laborator müayinələr aparılıb ki, onların da 506 752-si stasionar, 2 732 729-ü ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 8 % artım qeydə alınıb", - məlumatda qeyd olunub.