BAKI, 16 sentyabr. TELEQRAF
Hazırda xəstə Əlisəmid Kürün müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Respublika Diaqnostika Mərkəzindən məlumat verilib.
Bildirilib ki, o, ötən gün Respublika Diaqnostika Mərkəzinə yerləşdirilib.
"Xəstənin ümumi vəziyyəti ağır qiymətləndirilir. Bütün lazımi tibbi tədbirlər həyata keçirilir", - xəstəxanadan bildirilib.
12:34
"Atam reanimasiyadadır. Dünən əvvəlcə Sabunçu rayon xəstəxanasına, axşam saatlarında isə Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib".
Bunu Teleqraf-a Şair Əlisəmid Kürün qızı Aynur Mehdiyeva deyib.
Qızının sözlərinə görə, Əlisəmid Kür qaraciyər çatışmazlığından əziyyət çəkir.
"Vəziyyəti yaxşı deyil" - Aynur Mehdiyeva əlavə edib.
Şairin yaxın dostu, Azərbaycan Yazıçılar Birliyinin üzvü Umud Rəhimoğlu bildirib ki, Əlisəmid Kürün vəziyyəti 2 aydır pis idi, evdə müalicə alırdı.
Onun sözlərinə görə, şairin səhhətində ciddi problemlər var və təcli müalicə olunmalıdır.
***
12:17
Şair Əlisəmid Kürün səhhətində problem yaranıb.
Bu barədə Teleqraf-a şairin yaxınları məlumat verib.
O, Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.