BAKI, 12 sentyabr. TELEQRAF
Cari ilin yeddi ayı ərzində ölkədə 34994 ölüm halı qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.