BAKI, 10 sentyabr. TELEQRAF

Su ehtiyatlarının qorunması, çirklənmədən mühafizəsi və səmərəli istifadəsi istiqamətində görüləcək işlər çoxdur.

Bunu Teleqraf-a açıqlamasında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətində baş məsləhətçi, müfəttiş Ramilə Abdullayeva 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında deyib.

O bildirib ki, ümumilikdə dünyada iqlim dəyişiklikləri fonunda problemlər var və su qıtlığı ola bilər.

"Buna görə sudan istifadə və suyun mühafizəsi önəmlidir. Azərbaycan da bu istiqamətdə öz töhfəsini verir. Elə Suların İstifadəsinə Dövlət Nəzarəti Xidməti də bu istiqamətdə işlər görür. Hər il bu sərgidə iştirak edəcəyik və öz töhfəmizi verəcəyik. Suların İstifadəsinə Dövlət Nəzarəti Xidməti 2024-cü ildə yaradılandan bəri bu sərgidə ilk dəfə iştirak edirik. Hazırda sudan istifadə və mühafizə istiqamətində həm istehsalat müəssisələri, həm də əhali tərəfindən görülməli olan işlər haqqında təqdimatlarımız mövcuddur", - o əlavə edib.