BAKI, 5 sentyabr. TELEQRAF

2025-ci ilin ilk 8 ayında sümük iliyi transplantasiyasına ehtiyac duyanların sayı 495 nəfər təşkil edib.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu şəxslər arasında əsasən Beta Talassemiya xəstələri üstünlük təşkil edir.

Sümük iliyi transplantasiyasına ehtiyac duyan xəstələrdə əsasən 0–18 yaş aralığında olan uşaqların üstünlük təşkil etdiyi deyilib.

Qeyd edilib ki, 2025-ci ilin ilk 8 ayı ərzində həyata keçirilən 203 orqan transplantasiyası əməliyyatından 22-i sümük iliyi ilə bağlı olub. Həmin əməliyyatlardan 1-i böyük şəxs, 21-i isə uşaqlar üçün icra olunub.