BAKI, 1 sentyabr. TELEQRAF

Sentyabrın birindən üçünə qədər zəif (G1) və güclü (G3) geomaqnit qasırğası gözlənilir.

Bu barədə Teleqraf-a Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, əgər sonradan gələn digər tac kütlə atılmasının (TKA) da təsir əlavə olunarsa, qasırğanın G4 (şiddətli) səviyyəsinə yüksəlməsi ehtimalı var.