BAKI, 30 avqust. TELEQRAF

Son 24 saatda Qəzza zolağındakı xəstəxanalara 66 meyit, 345 yaralı gətirilib.

Teleqraf xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi məlumat yayıb.

İsrail hücumlarında həyatını itirənlərin ümumi statistikasında məlumatı tamamlanmış və Ədliyyə Komitəsi tərəfindən ölümləri təsdiqlənən daha 280 fələstinli var.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı 63 min 371, yaralı sayı isə 159 min 835 nəfərdir.