BAKI, 25 avqust. TELEQRAF
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən keçirilən əməliyyatlar nəticəsində ötən həftə 124 piyada əleyhinə mina aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Məlumata görə, işğaldan azad edilmiş ərazilərdə ötən həftə həmçinin 21 tank əleyhinə mina, 417 partlamamış hərbi sursat aşkarlanıb, 1459.4 ha ərazi minalardan təmizlənib.