BAKI, 22 avqust. TELEQRAF
Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb. Qeydiyyat prosesi 25 avqust saat 18:00-dək davam edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Qəbul olunan şəxslər portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.