BAKI, 22 avqust. TELEQRAF
Saat 9:00-a olan məlumata əsasən hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti 23 m/s-dək güclənir.
Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Dənizdə dalğanın hündürlüyü 4.4 metrdir.
Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti avqustun 22-si günün ikinci yarısından zəifləyəcək.