BAKI, 14 avqust. TELEQRAF
Massaçusets ştatının səhiyyə departamentinin səlahiyyətliləri, sahil sularında potensial ölümcül bakteriya barədə ictimaiyyəti xəbərdar ediblər.
Teleqraf xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ştatın İctimai Səhiyyə Departamenti Vibrio bakteriyalarının nadir bir hadisə olaraq insana yoluxmasından sonra bu barədə xəbərdarlıq edib. Səlahiyyətlilər, bu şəxsin böyük ehtimalla Buzzards Körfəzindəki çimərlikdə olarkən bu bakteriyaya məruz qaldığını söyləyiblər.
Vibrio bakteriyaları Atlantik sahilləri boyunca isti, duzlu və ya şor sularda yayılır və istilik dalğaları ilə suyun səthinin orta temperaturu, bakteriyanın böyüməsi üçün əlverişli şərait yaradır. Bu, maydan oktyabr ayına qədər Vibrio bakteriyalarının aktiv olduğu pik mövsümə səbəb olur.
Bakteriyanın təxminən onlarla növü xəstəliklərə yol aça bilər. İnfeksiyanın simptomları arasında mədə krampları, ürəkbulanma, qusma, qızdırma və üşümə yer alır.