BAKI, 12 avqust. TELEQRAF
2025-ci ilin I yarısında elmi adların verilməsi ilə bağlı məlumat açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Ali Attestasiya Komissiyası məlumat yayıb.
Bildirilib ki, bu müddət ərzində 84 nəfərə dosent elmi adı verilib, 18 nəfərə isə dosent elmi adının verilməsindən imtina edilib.
Eyni zamanda 28 nəfərə professor elmi adı təqdim edilib, 3 nəfərə isə bu adın verilməsindən imtina olunub.