BAKI, 5 avqust. TELEQRAF

Avqustun 5-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 5-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində isti hava şəraiti davam edib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, dağlıq rayonlarda 34, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 41 dərəcəyədək isti qeydə alınıb.