​BAKI, 3 avqust. TELEQRAF

Xalq yazıçısı Elçin Əfəndiyev ilə vida mərasimi sabah, 4 avqust, saat 12:00-dan 14:00-a kimi Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında baş tutacaq.

Bu barədə Teleqraf-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

***

15:24

Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn vaxtı və yeri məlum olub.

Teleqraf xəbər verir ki, mərhum sabah - avqustun 4-də Birinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Hazırda E.Əfəndiyevlə vida mərasiminin vaxtı, yeri və digər məsələlər dəqiqləşdirilir.

Qeyd edək ki, görkəmli yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), “İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də, 82 yaşında vəfat edib.