BAKI, 2 avqust. TELEQRAF
Avqustun 2-si saat 10:00-a olan faktiki hava açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, avqustun 2-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində əsasən yağmursuz hava şəraiti davam edib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, dağlıq rayonlarda 30, Aran rayonlarında 38, Naxçıvan MR-da isə 40 dərəcəyədək isti qeydə alınıb.