BAKI, 31 iyul. TELEQRAF
Lənkəran-Lerik sərhəddində zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 3,5 maqnitudalı zəlzələ 33 km dərinlikdə olub.
Zəlzələ yerli vaxtla 14:03-də qeydə alınıb.