BAKI, 31 iyul. TELEQRAF
Mədəniyyət Nazirliyinə Azərbaycan dili ilə bağlı yeni vəzifələr verilib.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmana əsasən, həmin vəzifələr aşağıdakılardır:
- müvafiq sahədə Azərbaycan dilinin tətbiqinə, Azərbaycan dili haqqında normativ hüquqi aktlara, o cümlədən Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək;
- Azərbaycan dilinin inkişafının təmin edilməsi, habelə Azərbaycan ədəbiyyatının xaricdə, xarici ədəbiyyatın Azərbaycanda tanıdılması və təbliği işini həyata keçirmək.
Bundan başqa, Nazirlər Kabineti Prezidentin 2001-ci il 18 iyun tarixli 506 nömrəli Fərmanı ilə yaradılmış Dövlət Dil Komissiyasının yeni tərkibi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.