BAKI, 30 iyul. TELEQRAF
Daxil olmuş müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Digah kəndində fəaliyyət göstərən meyvə-tərəvəzin konservləşdirilməsi sexində plandankənar yoxlama keçirib.
Teleqraf xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, sex fiziki şəxs Valeh İsa Raqif oğluna məxsus olub.
Baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, konservləşdirilmiş tərəvəz turşularının üzərində etiket məlumatlarının mövcud olmadığı müəyyən edilib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssiənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib olunub.