BAKI, 26 iyul. TELEQRAF

️Naxçıvanda 2024-2025-ci tədris ili üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 500-700 intervalında nəticə göstərən məzunların sayı son 30 ilin ən yüsək göstəricisi olub.

Bu barədə Teleqraf-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Muxtar Respublikanın ümumtəhsil müəssisələrindən 379 məzun 500-700 intervalında bal tolayıb.

Məzunlar tərəfindən son dəfə ən yüsək nəticə 2013-2014-ci tədris ilində göstərilib.

Həmin tədris ilində 347 məzun 500-700 intervalında bal toplayıb.