BAKI, 26 iyul. TELEQRAF
Xalq artisti Arif Babayevin səhhəti ilə bağlı bu gün saat 13:00-a olan məlumat açıqlanıb.
Teleqraf-ın sorğusuna cavab olaraq Mərkəzi Klinikanın Baş həkimi professor Kamran Musayev bildirib ki, Xalq artistinin vəziyyəti ağır stabil olaraq qalır.
"Müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir", - Baş həkim əlavə edib.