BAKI, 24 iyul. TELEQRAF

Azərbaycanda iki həmkarlar ittifaqı birləşib.

Teleqraf xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul edilib.

Qərara əsasən, Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqına qoşulub.

Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Qorxmaz Həsənov olub.

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarları İttifaqının sədri isə Hikmət Osmanovdur. O, eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavinidir.

Birləşmiş ittifaqa kimin sədrlik edəcəyi açıqlanmayıb.