BAKI, 18 iyul. TELEQRAF

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid Kərimov Məzahir Xalıq oğlu Xaçmazın Usta Cəlilli kənd qəbristanlığında dəfn olunub.

Teleqraf xəbər verir ki, şəhidlə vida mərasimi Xaçmazın Çarxı kəndində keçirilib. Vida mərasimində Xaçmaz rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Kərimov Məzahir Xalıq oğlu 1970-ci il iyunun 16-da Xaçmazın Usta Cəlilli kəndində anadan olub. Keçmiş sovet ordusunda hərbi xidmət keçib. Birinci Qarabağ döyüşlərində könüllü olub. 1994-cü ildə itkin düşüb. Onun nəşinin qalıqları Ağdərədə aşkarlanıb.