BAKI, 8 iyul. TELEQRAF
Müsahibə etdiyim 500-dən çox dövlət və hökumət başçısı arasında yalnız ikisi öz xalqını xilas etmək barədə danışmağa layiqdir və onlardan biri də Heydər Əliyevdir.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusman “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfransda deyib.
“500-dən çox dövlət və hökumət rəhbəri ilə müsahibələr aparmışam. Amma onlardan yalnız ikisi mənəvi olaraq belə danışmağa layiqdir: "Mən öz xalqımı xilas etmişəm" və onlardan biri Heydər Əliyevdir”, - o qeyd edib.