BAKI, 5 iyul. TELEQRAF
Bu yaxınlarda biz İrəvan qazılığını bərpa etdik, İnşallah o torpaqlara da gedəcəyik.
Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-də Aşura günü ilə əlaqədar tədbirdə jurnalistlərə açıqlamasında deyib.
"Orada da məbədlərimizi, ziyarəthahlarımızı, məscidlərimizo bərpa edəcəyik, din xadimlərimiz orada fəaliyyət göstərəcək. Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir", - o əlavə edib.