BAKI, 5 iyul. TELEQRAF

"Bu gün İmam Hüseyni yad edəndə şəhidlərimizi də yad edirik, onlara rəhmət diləyirik".

Teleqraf xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-də Aşura günü ilə əlaqədar tədbirdə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 45 ilə yaxındır şeyxülislam kimi bu sahədə işləyir.

"Bizim ermənilərlə, xristianlarla olan mücadiləmiz Qarabağla bağlı olmuşdur. Əvvəllər kilsə rəhbərləri ilə görüşəndə, onlar qalib kimi özlərini göstərirdilər və bu məni çox incidirdi. Bizim qəhrəmanlarımız torpaq uğurunda fəda olub və bu bir şücaətdir. Bu gün özümü dünyada olan görüşlərdə qalib xalqın nümayəndəsi kimi hiss edirəm, bu qürurvericidir", - o əlavə edib.