BAKI, 3 iyul. TELEQRAF
Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.
Bu barədə Teleqraf-a universitetdən məlumat verilib.
Professor Tərlan Abdullayev uzun illər Odlar Yurdu Universitetinin prorektoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Tərlan Abdullayev 2 fevral 1945-ci ildə Şamaxı şəhərində anadan olub.
1996-2002-ci illərdə Odlar Yurdu Universitetinin “Pedaqogika və İnformatika“ fakültəsinin dekanı, 2002-2013-cü illərdə magistratura şöbəsinin müdiri vəzifəsində işləyib, 2004-cü ildən hazırki vaxta kimi universitetin elmi işlərinə rəhbərlik edib.
2015-ci ildə Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunub.
