BAKI, 2 iyul. TELEQRAF

Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsində baş verən yanğın söndürülüb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***

16:54

Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsində yanğın hadisəsi baş verib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, yanğın hadisəsi yataqxana tipli binada baş verib.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Sakinlər binadan təxliyə edilib.

Yanğından xəsarət alanların olmadığı bildirilir.

Yanğının söndürülməsi ilə bağlı tədbirlər görülür.