BAKI, 2 iyul. TELEQRAF

"Rusiyada öldürülən və yaralanan şəxslərin yaxınları zərərçəkən kimi tanınıb".

Teleqraf xəbər verir ki, bu barədə Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair mətbuat konfransı zamanı Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Pərviz Cəlilov deyib.

O bildirib ki, Ziyəddin Səfərov Rusiya hüquq mühafizə orqanlarının avtomobilində işgəncəyə məruz qalıb.

"Saxlanılan şəxslərlə bağlı əməliyyat istintaq hərəkətləri keçirilib. Ziyəddin Səfərov 27 iyunda yaşadığı evdən çıxarılıb. Görüntülərdə onun üzərində xəsarət izi müşahidə edilmir. O, evdən çıxırıldıqdan sonra Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən işgəncəyə məruz qalıb".