BAKI, 2 iyul. TELEQRAF

Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.

Bu barədə Teleqraf-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ildə keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə yaradılan komissiyalar 31 iyul tarixinə qədər Agentliyin yerli təhsili idarəetmə bölmələrində fəaliyyət göstərəcək:

"Komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir".