BAKI, 30 iyun. TELEQRAF

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları “Maqnoliya” restoranında yoxlama keçirib.

Teleqraf xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Bildirilib ki, sözügedən restoran Bərdə rayonu, Q.B.Zakir küçəsində fəaliyyət göstərən Hüseynzadə Fərid İlham oğluna məxsus olub.

Baxış zamanı restoranda mənşəyi məlum olmayan pendir, müşayiətedici sənədləri olmayan süd məhsulları aşkarlanıb. Eyni zamanda sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.