BAKI, 30 iyun. TELEQRAF

İranda bu gün yerli vaxtla 12:53-də 5 km dərinlikdə 4.2 maqnitudalı zəlzələ olub.

Bu barədə Teleqraf-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Heydərabad stansiyasından 38 km şimal-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Heydərabad ərazisində yüksək mərtəbəli binalarda 3 bala qədər hiss olunub.