BAKI, 30 iyun. TELEQRAF
Agentlik həmçinin uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması istiqamətində də davamlı işlər həyata keçirir.
Teleqraf xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Sosial Xidmətlər Agentliyinin 5 illik fəaliyyətinə dair mətbuat konfransında deyib.
O bildirib ki, qeytkipinq üzrə 3127 uşaqla bağlı 2147 müraciət daxil olub.
"Onlardan 1820 uşaqla bağlı müraciət müəssisəyə yerləşdirilmə, 904 uşaqla bağlı müraciət isə müəssisədən çıxarılma ilə bağlı olub", - o, əlavə edib.
V. Behbudov həmçinin qeyd edib ki, ötən iki il ərzində 945 ümumtəhsil müəssisəsinə baş çəkilib:
"Həmin məktəblərdə sosial həssas qruplara aid uşaqların müəyyənləşdirilməsi istiqamətində işlər aparılıb.
"1752 risk qrupuna daxil olan uşaq aşkarlanıb. Həmçinin, Bakı və regionlarda 90-dan çox məktəbdə maarifləndirmə tədbirləri həyata keçirilib".