BAKI, 27 iyun. TELEQRAF

"Azərbaycanfilm" kinostudiyasının binası zərər görməyib, xəsarət alan yoxdur. Kinostudiya gündəlik fəaliyyətini davam etdirir. Pavilyonlarda film çəkilişləri ilə bağlı dekorasiyalar qurulur, kastinqlər aparılır.

Teleqraf xəbər verir ki, bu barədə “Azərbaycanfilm” kinostudiyası məlumat yayıb.

Bildirilib ki, baş verən hadisəylə bağlı araşdırmalardan sonra ictimaiyyətə rəsmi məlumat veriləcək:

"İyunun 26-da Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddət istifadə olunmayan anbarda baş verən partlayışla bağlı hadisə yerində Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları işləyir, hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir. Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb olunub".