BAKI, 27 iyun. TELEQRAF

FHN "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğınla bağlı video yayıb.

Teleqraf həmin videonu təqdim edir.

***

00.05

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Teleqraf xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Teleqraf xəbər verir ki, məlumatı FHN yayıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

23.48

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Nazlikdən qeyd olunub ki, bəzi media resurslarında Müdafiə Sənayesi Nazirliyinin “Alov” zavodunda partlayış-yanğın baş verməsi barədə yayılan məlumat həqiqətə uyğun deyil.

***

23.35

Bakının Yasamal rayonu ərazisində güclü yanğın başlayıb.

Teleqraf xəbər verir ki, hadisə "Şamaxinka" adlanan ərazidə qeydə alınıb.

İlkin məlumata görə, buradakı "Meşə parkı"nın içərisindəki transformator partlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Bölmələri və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yanğının söndürülməsi üçün tədbirlər görülür.

"Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın